CWP (Control Web Panel) — əvvəlki adı ilə CentOS Web Panel, Linux serverləri üçün hazırlanmış pulsuz və ödənişli versiyaları olan bir veb hosting idarəetmə panelidir. Xüsusilə CentOS, AlmaLinux, Rocky Linux kimi RHEL əsaslı əməliyyat sistemləri üçün nəzərdə tutulub.
CWP sistem administratorlarına və veb host sahiblərinə aşağıdakı imkanları verir:
Veb saytların idarə olunması (Apache, Nginx, Varnish dəstəyi)
MySQL/MariaDB verilənlər bazası idarəetməsi
PHP versiyaları arasında keçid və fərqli PHP versiyalarının idarəsi
E-poçt serverləri (Postfix, Dovecot, RoundCube Webmail)
DNS idarəetməsi (Bind dəstəyi)
Firewall və təhlükəsizlik ayarları
SSL sertifikat idarəsi (Let’s Encrypt)
Backup sistemi
Cron job planlayıcısı
İstifadəsi asandır – Veb interfeys vasitəsilə hər şey idarə olunur.
Pulsuz versiyası kifayət qədər funksionallığa malikdir.
LiteSpeed, Nginx və Apache ilə işləyə bilir.
Multi-PHP dəstəyi.
VPS və ya fiziki server üzərində rahatlıqla işləyir.
Yalnız RHEL əsaslı sistemlərdə (CentOS, AlmaLinux, Rocky Linux) işləyir.
CWP-nin ödənişli versiyası (CWPpro) bəzi əsas xüsusiyyətlərə malikdir, məsələn, avtomatik təhlükəsizlik yeniləmələri.
İstifadəsi CPANEL qədər stabil və yayılmış deyil, amma daha sərfəlidir.
Öz VPS və ya dedicated serveriniz varsa
Hosting xidmətləri göstərmək istəyirsinizsə
CPanel və ya Plesk kimi bahalı alternativlərdən qaçmaq istəyirsinizsə
Azerbaijan Baku
+994703888280
İş saatları:Mon - Fri: 10 am - 5 pm
Sundday, Saturday CLOSED
© 2023 JSNET. All rights reserved.